İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani bildirib ki, NATO qoşunları Ukraynaya getməməlidir və belə bir şey III Dünya Müharibəsinin başlaması riskini daşıyır.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Veronada qatıldığı tədbirdə sualları cavablandırarkən, Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritmə ehtimalından bəhs etməsi ilə bağlı: "Məncə, NATO Ukraynaya girməməlidir. Ümid edirəm ki, belə bir şey olmaz. Ora gedib Rusiya ilə müharibəyə getmək III Dünya Müharibəsi riski demək olardı”, - deyə bildirib.
Rusiya ilə müharibəyə girməyəcəklərini vurğulayan Tajani: "Beynəlxalq hüququ və Ukraynanın azadlığını müdafiə edirik, lakin Rusiya ilə müharibəyə girmirik. Kiyevə hər cür hərbi, iqtisadi və texniki vasitələr veririk, amma müharibə girmək mənə səhv kimi görünür və bütün italyanlar bunu istəmir”, - dedi.
QAZİLER.AZ