Ukrayna Silahlı Qüvvələrinin Rusiya regionlarına endirdiyi zərbələr cəzasız qalmayacaq.
Qaziler.az bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə görüşü zamanı bildirib.
Onun sözlərinə görə, bütün zərərçəkənlərə və onların ailələrinə lazımi dəstək göstəriləcək.
"Düşmənin raket və mərmilərinin təxminən 95%-i hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilir. Amma çox təəssüf ki, dinc sakinlər arasında itkilər var. Onların hamısına və ailələrinə təbii ki, hər cür kömək və dəstək göstəriləcək. Düşmənin zərbələri cəzasız qalmayıb və qalmayacaq”, - Putin bildirib.
QAZİLER.AZ