Honq-Konqlu aktyor və rejissor Ceki Çan ictimaiyyət qarşısına çıxıb və görünüşü ilə pərəstişkarlarını qorxudub.
Qaziler.az bildirir ki, müvafiq fotoşəkillər və şərhlər "News.Tvbs" tərəfindən dərc olunub.
69 yaşlı aksiya qəhrəmanı Çinin Sıçuan əyalətində keçirilən tədbirdə iştirak edib. Fotoqraflar məşhuru qara libasda çəkiblər. Eyni zamanda, sosial şəbəkələrdə yayımlanan kadrlarda teleulduzun ağarmış saçları, eləcə də üzündə dərin qırışlar görünür.
Ceki Çanın xarici görünüşü sosial şəbəkə isfifadəçilərini məyus edib. Pərəstişkarlar: "Hətta Ceki Çan qocalıb", "Zaman heç kəsə rəhm eləmir","Vaxt necə də tez keçir", "Əfasanə qocalıb" yazaraq öz çaşqınlıqlarını büruzə veriblər.
QAZİLER,AZ