Moldovanın eks baş naziri 1 mlrd dollar mənimsədiyinə görə saxlanıldı

Moldovanın eks baş naziri 1 mlrd dollar mənimsədiyinə görə saxlanıldı backend

Moldovanın sabiq baş naziri, Liberal-Demokratik Partiyasının lideri Vladimir Filat 72 saat müddətinə saxlanılıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Korrupsiya ilə Mübarizə Milli Mərkəzin mətbuat katibi Anjela Starinski bildirib.


“Filat 72 saat müddətinə saxlanılaraq Korrupsiya ilə Mübarizə Milli Mərkəzin istintaq təcridxanasına yerləşdirilib”, deyə Starinski bildirib.

Baş Prokurorluq Vladimir Filatın maliyyə-bank sistemindən 1 mlrd dollaradək vəsaitin mənimsəməsində təqsirli olduğunu iddia edir.

Qeyd edək ki, bundan əvvəl müxalifətin etirazları fonunda parlament Filatın deputat toxunulmazlığını ləğv edib.

İttihamın sübuta yetiriləcəyi təqdirdə Vladimir Filat 15 il həbs cəzasına məhkum ediləcək.
Diaspora