Pentaqon Rusiyanın üstünlüyünü etiraf edib

Pentaqon Rusiyanın üstünlüyünü etiraf edib backend

“Rusiya ağır buzqıran gəmilərin sayına görə ABŞ-ni kritik dərəcədə üstələyir”.

Bunu ABŞ Senatında keçirilən dinləmələrdə Pentaqonun Şimal Komandanlığının (NORTHCOM) rəhbəri Qreqori Giyo deyib.

Men ştatından olan senator Anqus Kinq generaldan Rusiyaya 40 ağır buzqıran gəmisinə qarşı ABŞ-nin yalnız bir istismara yararlı buzqıran gəmiyə malik olduğu məlumatları təsdiq etməyi istəyib.

“Doğrudur, senator... Bizi kritik dərəcədə üstələyirlər”, - deyə general etiraf edib.

Giyo qeyd edib ki, hətta sifariş edilmiş gəmilər nəzərə alınarsa, ABŞ-nin buzqıran donanması yenə də Rusiyadan ciddi şəkildə geri qalacaq.

“Bu, bizim regionda manevr azadlığımızı məhdudlaşdırır”, - deyə o əlavə edib.

Mənbə: kp.ru

Diaspora