İran Rusiyadan casusluq üçün hava şarları alır - KİV

İran Rusiyadan casusluq üçün hava şarları alır - KİV backend

İran Rusiyadan casusluq üçün istifadə oluna bilən hava şarları alır.

Qaziler.az UNİAN-a istinadla bildirir ki, bu barədə “Meduza” nəşri haker qruplarının internetə sızan məlumatlarını təhlil edərək yazıb.

Qeyd olunur ki, İran rejiminə qarşı çıxan “Prana Network” qrupunun hakerləri yerli “Sahara Thunder” şirkətinin poçt xidmətlərini şəbəkəyə sızdırıblar. Sızdırılan məlumatlar Tehran və Moskva arasında hərbi texnologiya mübadiləsinin təfərrüatlarını təsvir edir.

“Meduza” nəşri arxivi təhlil edərək müəyyən edib ki, İran ABŞ səmasında vurulan Çin şarlarına bənzər casus şarlarını Rusiyadan alır.

Qeyd olunur ki, nəşr İranın “Sahara Thunder” şirkəti ilə Rusiyanın avadanlıq ixracı ilə məşğul olan “Vneştexsnab” şirkəti arasında elektron yazışmalar aşkar edib. Məktublarda məhsulların Dolqoprudnıy Avtomatlaşdırma Konstruktor Bürosundan İrana çatdırılması nəzərdə tutulur.

QAZİLER.AZ

Diaspora