Kiyev Qərbdən asılı olduğunu etiraf edib

Kiyev Qərbdən asılı olduğunu  etiraf edib backend

Ukraynanın hər zaman Qərbin köməyinə ehtiyacı olacaq.

Qaziler.az xəbər verir ki, bu barədə ölkənin strateji sənayelər naziri Aleksandr Kamışin “El Pais” nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, heç bir dövlət Rusiyaya təkbaşına müqavimət göstərə bilməz.

“Biz heç vaxt asılılığı dayandırmayacağıq, çünki heç bir ölkə öz hərbi sənayesinin imkanları ilə Rusiya qarşısında dayana bilməz”, - Kamışin bildirib.

O qeyd edib ki, Ukrayna tərəfi hazırda kəskin maliyyə çatışmazlığı yaşayır. Bununla bağlı nazir Qərb ölkələrini Ukrayna məhsullarını almağa çağırıb.

QAZİLER.AZ

Diaspora