Lukaşenkonun onu diktator adlandıranlara CAVABI

Lukaşenkonun onu diktator adlandıranlara  CAVABI backend

Belarus prezidenti Aleksandr Lukaşenko xaricdə tez-tez diktator adlandırılmasına sakit reaksiya verib.  Onun sözlərinə görə, mühüm olan ölkə xalqın sərvətini, öz doğma torpağında suverenliyini, təhlükəsizliyini və əmin-amanlığını qoruyub saxlamasıdır.

Qaziler.az “Sputnik”ə istinadla xəbər verir ki, bununla bağlı Belarus prezidenti Belarus Konstitusiyasının 30 illiyinə həsr olunmuş iclasda çıxış edərkən danışıb.

“Bütün bu müddət ərzində kordonun arxasında yalnız tənbəllər Lukaşenkonu diktator və avtoritar prezident adlandırmadı. Yaxşı, qoy adlandırsınlar. Əsas odur ki, nəticədə əlimizdə israf edilməmiş milli sərvət, qorunan suverenlik, doğma yurdumuzda təhlükəsizlik və əmin-amanlıq, vətəndaşlarımızın rifah halının yüksəlməsi var İnsanlar üçün əmin-amanlıq, sakitlik və sükut...”, - deyə o qeyd edib.

QAZİLER.AZ

Diaspora