Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticəsi yaz və yay aylarında bəlli olunacaq - Borrel

Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticəsi yaz və yay aylarında bəlli olunacaq - Borrel backend

Avropa İttifaqının diplomatiya rəhbəri Josep Borrelin fikrincə, Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticəsi bu il - yaz və yayda bəlli olunacaq.

Qaziler.az  bildirir ki, Borrelin bəyanatını "Sky News" yayıb.

Borrel Vaşinqtona səfəri zamanı Amerika dəstəyinin yenilənəcəyinə dair şübhələr fonunda Rusiya işğalçılarına qarşı mübarizədə Ukraynaya yardımın davam etdirilməsinə çağırıb.

Siyasətçi onu da vurğulayıb ki, Ukrayna noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələrini gözləyə bilməz.

QAZİLER.AZ

Diaspora