Avstraliyalı milyarder Klayv Palmer ilk səyahəti zamanı batan məşhur okean layneri "Titanik"in surətini inşa edəcəyini açıqlayıb.
Qaziler.az bildirir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Palmer hesab edir ki, yeni "Titanik" ona 500 milyondan bir milyard Avstraliya dollarına başa gələcək. Hər şey plana uyğun getsə, gəmi 2027-ci ilin iyununda suya buraxılacaq. Bundan sonra milyarder Sauthemptondan Nyu-Yorka ölümcül reysini (1912-ci ildə aysberqlə toqquşma ilə nəticələndi) təkrar edəcəyinə söz verib.
70 yaşı tamam olmaq üzrə olan Palmer həyatını boş yerə sərf etdiyini deyir.. "Ona görə də mən "Titanik"i inşa etmək istəyirəm. Mən bunu edəcəm. "Titanik"i etmək evdə oturub pul saymaqdan daha əyləncəlidir", - deyə milyarder vurğulayıb.
QAZİLER.AZ