Fransa prezidenti Emanuel Makron gələn il Odessaya qoşun göndərəcəyini istisna etməyib.
Qaziler.az bildirir ki, bu barədə “Le Monde” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, bu il fevralın 21-də Makron Rusiyanın Ukraynaya qarşı müharibəsində yaranmış gərgin vəziyyətə görə Fransanın Ukraynaya hərbi personal göndərməli olacağını bildirib.
"Hər halda, gələn il mən öz adamlarımın bir hissəsini Odessaya göndərməli olacağam", - deyə Fransa rəhbəri bildirirb.
Fevralın 26-da Makron Qərb qoşunlarının Ukraynaya yeridilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırmışdı.
“Əlbəttə ki, heç nəyi istisna etmək olmaz”, - deyə Fransa prezidenti cavab vermişdi.
“RBC-Ukrayna”
QAZİLER.AZ