Girovlarla bağlı HƏMAS-dan hələ də real cavab yoxdur - Netanyahu

Girovlarla bağlı HƏMAS-dan hələ də real cavab yoxdur - Netanyahu backend

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs müqabilində bütün girovların İsrailə qaytarılması ilə bağlı hələ də “real cavab” verməyib və danışıqlarda irəliləyişin olmasını istəmir.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, İsrailin baş naziri Benyamin Netanyahu martın 14-də radikallar tərəfindən oğurlanmış insanların qohumları ilə görüş zamanı deyib. 

“Əgər bacarsaydım, bu gün sizə şad xəbər verməkdən məmnun olardım. Hələlik HƏMAS-dan real cavab gəlməyib. Hələ də qəbuledilməz tələblər irəli sürürlər”, - deyə o izah edib.

İsrailin baş naziri əlavə edib ki, yeganə müsbət cəhət Qətərin HƏMAS-a təzyiq etməyə başlamasıdır. Onun sözlərinə görə, Doha girovların İsrailə qaytarılmasında israrlıdır və hərəkatın maliyyədən məhrum ediləcəyi və nümayəndələrinin deportasiya ediləcəyi barədə xəbərdarlıq etməyə başlayıb.

“Bu, bir dəyişiklikdir, bu müsbət bir şeydir”, - Netanyahu yekunlaşdırıb.

QAZİLER.AZ

Diaspora