Hazırda NATO alyansın bütün ölkələrinə, o cümlədən Finlandiyaya münasibətdə Rusiyadan təhlükə görmür.
Qaziler.az TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“NATO Rusiyadan heç bir ölkəyə birbaşa hərbi təhlükə görmür. Bu, Finlandiyaya da aiddir”, - Stoltenberq bildirib.
O, həmçinin əlavə edib ki, onun fikrincə, Helsinkinin Şimali Atlantika Alyansına qoşulması ölkənin mövqeyini daha təhlükəsiz edib.
QAZİLER.AZ