Qırğızıstan 12 illik təhsilə keçir

Qırğızıstan 12 illik təhsilə keçir backend

Qırğızıstan 12 illik təhsilə keçməyə hazırlaşır.

Qaziler.az “İnterfax”a istinadla xəbər verir ki, məlumatı martın 14-ü ölkənin prezident administrasiyası bildirib.

Keçid mərhələli olacaq. Tələbələr üçün tədris proqramı da yenilənəcək.

"Qırğızıstanda təhsil sistemi dəyişməlidir, çünki bir çox aspektlər sovet dövründən indiyədək dəyişməz qalıb və müasir tələblərə və çağırışlara cavab vermir. Bura köhnəlmiş tədris metodları, informasiya texnologiyalarından kifayət qədər istifadə edilməməsi daxildir. 12 illik təhsil modeli daha keyfiyyətli olacaq və təhsilin keyfiyyətini artıracaq”, - administrasiya qeyd edib.

QAZİLER.AZ

Diaspora