Rusiya daha 227 nəfərin ölkəyə girişini qadağan etdi

Rusiya daha 227 nəfərin ölkəyə girişini  qadağan etdi backend

Rusiya Federasiyası ABŞ administrasiyasının rusofob kursunda iştirak edən daha 227 ABŞ vətəndaşının ölkəyə girişini qadağan edir.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici İşlər Nazirliyi bu qərarın “Amerika hakimiyyətinin “Kreml və xüsusi hərbi əməliyyatı dəstəklədiyinə” görə Rusiya vətəndaşlarına qarşı kütləvi şəkildə tətbiq etdiyi, getdikcə genişlənən sanksiyalara cavab tədbirləri kontekstində qəbul edildiyini açıqlayıb.

“Rusiyaya qarşı sanksiyalarda iştirak edən ABŞ vətəndaşlarının da ölkəyə girişi qadağandır. Aydın olur ki, söhbət icra hakimiyyətində, biznes dairələrində, media sferasında və akademik dairələrdə olan konkret şəxslərdən gedir”, - məlumatda qeyd edilib.

QAZİLER.AZ

Diaspora