Avstriyanın Moskvadakı fövqəladə və səlahiyyətli səfiri Verner Almhofer Rusiya səfirliyinin iki diplomatının Vyana tərəfindən ölkədən qovulmasına cavab tədbirləri ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılacaq.
Qaziler.az bildirir ki, bu barədə TASS məlumat yayıb.
“Avstriya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılacaq”, - Rusiya XİN-dən bildirilib.
Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb ki, onlar Avstriya tərəfinin qeyri-dost addımını pisləyir və məsuliyyət tamamilə Avstriya hakimiyyətinin üzərinə düşür. Onlar əlavə ediblər ki, cavab tədbirləri vaxtında görüləcək.
QAZİLER.AZ