Zaporojye vilayətində təxribat törətməkdə şübhəli bilinən iki Ukrayna vətəndaşı saxlanılıb.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xİdməti İdarəsi məlumat yayıb. Faktla bağlı cinayət işi başlanıb.
“Faktla bağlı Cinayət Məcəlləsinin 281-ci maddəsinin 2-ci və 3-cü bəndlərində nəzərdə tutulmuş cinayət faktı üzrə cinayət işi başlanıb”, - mesajda deyilir.
Qeyd edilir ki, əməliyyat-axtarış tədbirləri zamanı şübhəlilər saxlanılıb. Bildirib ki, saxlanılan şəxslər Rusiya ordusunun qırıcılarına raket və artilleriya zərbələri endirmək üçün yeri barədə məlumatlar ötürüblər.
QAZİLER.AZ