Ukrayna Rusiyaya zərər vermək üçün istifadə etdiyimiz alətdir - Amerikalı kəşfiyyatçı

Ukrayna Rusiyaya zərər vermək üçün istifadə etdiyimiz alətdir - Amerikalı kəşfiyyatçı backend

Qərb Ukraynanın məğlubiyyətinin qaçılmaz olduğunu anlayır, ona görə də köhnəlmiş alət kimi ondan xilas olmaq istəyirlər.

Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, bunu amerikalı kəşfiyyatçı zabit Skott Ritter “Dialogue Works” “YouTube” kanalında deyib.

Onun sözlərinə görə, indi Kiyevin heç bir faydası yoxdur, ona görə də Qərbə artıq bu aktiv kollektiv lazım deyil.

“Ukrayna bizim Rusiyaya zərər vermək üçün istifadə etdiyimiz alətdir. Bu alət köhnəlib və təsirsiz hala düşüb. Biz heç vaxt onların (Ukrayna) qalib gəlməsini istəməmişik. Onların qələbə qazanacağını heç gözləmirdik. İstədiyimiz tək şey onların Rusiyaya zərər verməsi idi”, - amerikalı kəşfiyyatçı deyib.

Ritter həmçinin Ukrayna tərəfinin münaqişədə artıq uduzduğuna əminliyini ifadə edib. Onun fikrincə, indi Qərb sadəcə Kiyevi dəstəkləmək görüntüsü yaradır, əslində isə onun yavaş-yavaş ölməsinə imkan verir.

QAZİLER.AZ

Diaspora