Mərakeş hökuməti daxili məhsulun artacağı barədə proqnoz verib

Mərakeş hökuməti daxili məhsulun artacağı barədə proqnoz verib backend

Mərakeş hökuməti ölkədə ümumi daxili məhsulun gələn il 3 faiz artacağı barədə proqnoz verib. Bu proqnoz 2016-cı ilin büdcə layihəsi hazırlanarkən səsləndirilib.


Ekspertlər isə hesab edirlər ki, bu proqnoz şişirdilib. Çünki Mərakeş iqtisadiyyatının 15 faizini təşkil edən kənd təsərrüfatı istehsalı kəskin dərəcədə aşağı düşüb. Belə ki, əsas istehsal növlərindən sayılan taxıl istehsalı kəskin dərəcədə - 11 milyon ton azalıb.

Mərakeş hazırda laxlamış maliyyə durumunu düzəltməyə çalışır. Üç il əvvəl hökumət “Ərəb baharı”nı yaşamamaq üçün milyardlarla dollar vəsait xərcləyib. Hazırda ölkə rəhbərliyi taxıl, şəkər və təbii qazın qiymətinə nəzarət edir, süni artımların qarşısını alır.

Nazirlər Kabinetinin son qərarlarında 2016-cı ilin dövlət subsidiyalarına büdcədən nə qədər vəsaitin ayrılacağı barədə məlumat verilmir. 2015-ci ildə bu rəqəm 23 milyard dirhəm olub. Əlavə olaraq, dövlət səhmləri də artırılacaq və bu rəqəm 189 milyard dirhəmə (16,7 milyard dollar) çatdırılacaq. Həmçinin 26 min yeni iş yerinin yaradılması nəzərdə tutulub. Hazırda ölkədə işsizlik səviyyəsi 8,7 faizidir.
Diaspora