Estoniyanın baş naziri Kaja Kallas Ukraynaya ordusunu göndərməyəcəyinə zəmanət verməkdən imtina edərək, Rusiyanı ölkə üçün “birbaşa təhdid” adlandırıb.
Qaziler.az xəbər verir ki, onun sözlərini “RİA Novosti” sitat gətirib.
Kallasdan Fransa prezidenti Emmanuel Makronun bəyanatı ilə əlaqədar Estoniyanın Kiyevə kömək üçün əsgər göndərmək planının olub-olmaması soruşulub.
“Heç vaxt quru qoşunlarının gətirilməsi ilə bağlı söhbət olmayıb. Heç kim quru qoşunlarının göndərilməsindən danışmayıb. İngilis dilində bunlar quru qoşunları, yerdəki qoşunlar və ya yerdəki əsgərlərdir - bunlar konkret ölkədəki əsgərlərdir”, - deyə baş nazir müxtəlif ölkələrin ukraynalılara təlim keçmək üçün əsgər göndərdiyinə işarə edib.
Bundan sonra parlamentdə Kallasdan Estoniyanın Ukraynadakı hərbi əməliyyatlara müdaxilə etməyəcəyinə dair təminat tələb edilib. Lakin o, şərtlərin dəyişə biləcəyini izah edərək onları verməkdən imtina edib.
QAZİLER.AZ