Ukrayna Radası məhbusları orduya cəlb etməyə çalışır

Ukrayna Radası məhbusları orduya cəlb etməyə çalışır backend

Ukrayna Ali Radasında xüsusi müddət ərzində müqavilə əsasında hərbi xidmətə görə cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qanun layihəsi qeydə alınıb.

Qaziler.az bu barədə UNİAN-a istinadla xəbər verir.

Söhbət Ukraynanın Cinayət Məcəlləsinə, Ukraynanın Cinayət-Prosessual Məcəlləsinə və digər qanunvericilik aktlarına dəyişiklik edilməsini təklif edən 11079 saylı qanun layihəsindən gedir.

Nəşrin verdiyi məlumata görə, artıq bir neçə həftədir ki, məhkumların səfərbər olunmasının mümkünlüyü müzakirə olunur. Ukraynanın ədliyyə naziri Denis Malyuskanın sözlərinə görə, yol hərəkəti qaydalarını pozanlar və korrupsiyada təqsirli bilinənlər səfərbər edilməlidir.

QAZİLER.AZ

Diaspora