Avstriya Rusiya səfirliyinin iki əməkdaşını ölkədən çıxarır.
Qaziler.az bu barədə “Nyus.ru”ya istinadla xəbər verir. Məlumata görə, diplomatlar martın 19-dək ölkəni tərk etməli olacaqlar.
Nəşr bildirir ki, ötən il Rusiyanın Vyanadakı səfirliyinin əməkdaşlarının ölkədən çıxarılmasından sonra Avstriya Xarici İşlər Nazirliyi həftənin əvvəlində daha iki rusiyalı diplomata onların “diplomatik statusları ilə uyğun gəlmədiyinə görə” ölkədən çıxarılacaqlarını bildirib.
Fevralın sonunda Avstriya kansleri Karl Nehammer Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə danışıqlar olmadan Ukraynada sülhün əldə edilməsinin mümkünsüzlüyünü bəyan edib. Nehammer Ukrayna münaqişəsinin həllinə fayda verəcəyi təqdirdə Rusiya lideri ilə şəxsən görüşməyə hazır olduğunu bildirib.
QAZİLER.AZ