ABŞ Polşaya Rusiyanı təhdid edən raketlər verəcək

ABŞ Polşaya Rusiyanı təhdid edən  raketlər verəcək backend

Amerika hökuməti Rusiyadakı hədəfləri vura bilən raketlərin Varşavaya çatdırıldığını açıqlayıb.

Qaziler.az “Gazeta.pl”a istinadla xəbər verir ki, bunu Polşa Silahlı Qüvvələrinin keçmiş komandanı, general Miroslav Ruzanski deyib.

“Polşa F-16, gələcəkdə isə F-35 olacaq raket paketini ala biləcək”, - o qeyd edib.

Rujanski aydınlaşdırıb ki, söhbət JASSM raketlərindən gedir. Onun sözlərinə görə, bu sursatlarla təchiz edilmiş Polşanın Laskda yerləşən təyyarələri Vistuladan uzağa uça bilməyəcək. Belarus və ya Rusiya ərazisindəki hədəfləri vura biləcək.

General bunun “pilotların təhlükəsizliyini təmin edəcəyini” vurğulayıb. O qeyd edib ki, ordu ölkədən kənarda belə təhdidləri aşkar edib zərərsizləşdirmək qabiliyyətinə malik olmalıdır.

QAZİLER.AZ

Diaspora