2023-cü ilin payızından bəri Amerika ordusu əsgərlərlə pilotsuz uçuş aparatlarına qarşı bacarıqlar üzrə təlimləri gücləndirib.
Qaziler.az xəbər verir ki, bu barədə “The Business Insider” məlumat yayıb.
Oklahoma ştatında hərbi qulluqçular üçün iki həftəlik kurs təşkil olunub və burada onlara düşmənin pilotsuz uçan aparatlarının müəyyən edilməsi və məhv edilməsi üzrə təlim keçirilib.
Komandirlər Ukrayna və Yaxın Şərqdəki münaqişə zonasında “dronların artan təhlükəsi” səbəbindən diqqəti bu sahəyə yönəltmək qərarına gəliblər.
QAZİLER.AZ