Estoniyada yaşayan ruslara xəbərdarlıq edildi

Estoniyada yaşayan ruslara  xəbərdarlıq edildi backend

Yerli polis Estoniyada yaşayan ruslara prezident seçkilərində iştirak etmək üçün Rusiya Federasiyasına getməməyi tövsiyə edib.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə İda prefekturasının Sərhəd Mühafizə Bürosunun rəhbəri Eerik Purgel bildirib. O əlavə edib ki, seçki günü gecikmələrə hazır olmaq lazımdır.

“Polis heç kimə Rusiyaya getməyi tövsiyə etmir, xüsusən də seçkilərdə səs vermək üçün. Seçki günü gecikmələrə hazır olmaq lazımdır, polis sərhədi keçənləri çox diqqətlə yoxlayacaq və Estoniyada qəbuledilməz olan simvollardan istifadə qadağandır”, - Purgel bildirib.

QAZİLER.AZ

Diaspora