Yaponiyanın Fukusima prefekturasında 4,7 bal gücündə zəlzələ baş verib.
Qaziler.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) martın 13-də X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
EMSC-nin məlumatına görə, zəlzələ yerli vaxtla saat 20:24-də (Bakı vaxtı ilə 15:24) baş verib və bu fakt təşkilatın seysmik məlumatları ilə təsdiqlənir. Zəlzələnin episentri Honsyu adasındakı Fukusima prefekturasının İvaki şəhərindən 24 km şimal-şərqdə yerləşib.
Yaponiya Meteorologiya İdarəsi öz növbəsində əlavə edir ki, zəlzələnin maqnitudası 4,7 bal, episentri isə 50 km dərinlikdə yerləşir və Honsyu sahillərində, Sakit Okean suları altında yerləşir. Yeraltı təkanlar Fukusimadan başqa, Miyaqi, İbaraki və Toçiqi prefekturalarında da hiss olunub.
Agentlik sunami təhlükəsi elan etməyib.
Mənbə: İzvestiya.ru
QAZİLER.AZ