İtaliyada oğrular muzeydən 1,2 milyon avro dəyərində qızıl və brilyant oğurlayıblar

İtaliyada oğrular muzeydən 1,2 milyon avro dəyərində qızıl və brilyant oğurlayıblar backend

Martın 13-də verdiyi məlumata görə, oğrular İtaliyanın Gardone Riviera şəhərindəki "Vittoriale degli Italiani" muzey kompleksinin amfiteatrında yerləşən "Annutzio Segreto" muzeyini qarət ediblər. Dəymiş ziyanın məbləği 1,2 milyon avro təşkil edib.

Qaziler.az izvestiya.ru-ya istinadən bildirir ki, hadisə martın 6-da səhər saatlarında baş verib. Hücum edənlər italyan heykəltəraş Umberto Mastroyanninin sərgisinin keçirildiyi "Qabriele D'Annuntzio"nun ev-muzeyinin tualetindən keçərək divarda açdıqları dəlikdən heykəltəraşın əsərlərinin olduğu otağa daxil olublar.

Daha sonra quldurlar eyni alətdən istifadə edərək vitrinləri açıb birindən başqa bütün eksponatları oğurlayıblar.

Nəticədə Mastroianninin bir çoxu qızıldan hazırlanmış və brilyantlarla bəzədilmiş 1,2 milyon avro dəyərində olan 48 əsəri oğurlanıb. Sərgi təşkilatçıları  cinayətkarların qızılları əridib, oğurlanmış əsərləri məhv edərək, mədəni irsə daha çox ziyan vuracaqlarından qorxurlar. Cordano kompleksinin prezidenti  Bruno Querrinin dediyinə görə, muzeydə əsl “ultra-ixtisaslaşmış dəstə” fəaliyyət göstərib.

Onlar müşahidə kameralarından istifadə edərək cinayətkarların kimliyini müəyyənləşdirməyə çalışırlar.

QAZİLER.AZ

Diaspora