Norveçli Yan Qunnar Fugelsnes tapdığı, 1964-cü ildən bəri heç kimə göstərmədiyi və saxladığı qədim əşyaları arxeoloqlara təhvil verib.
Qaziler.az bildirir ki, bu barədə “Miami Herald” martın 13-də məlumat yayıb.
Qeyd olunur ki, uşaqlıqda o, qardaşı ilə birlikdə xəzinə ovçuları oynayıb. Oyunların birində onlar yerli kilsənin binasının altına dırmaşaraq orada qədim sikkələr, həmçinin iynələr, metal əşyalar və kəhrəba muncuqları aşkar ediblər. Nəticədə Fugelsnes xəzinəni özü üçün götürüb qutuya qoyaraq onu yalnız 60 ildən sonra kilsənin yaxınlığında arxeoloji qazıntılar başlayanda xatırladı. O, tapıntısını arxeoloqlara göstərmək qərarına gəlib.
Məlum olub ki, tapılan pullar 14-cü əsrə aiddir və gümüşdən hazırlanıb. Arxeoloqların fikrincə, kəhrəba muncuq orta əsrlərə aid təsbehin bir parçasıdır və iynələrin ən azı 700 yaşı var.
QAZİLER.AZ