Krım sakini dindarları təhqir etdiyinə görə saxlanılıb

Krım sakini dindarları təhqir etdiyinə görə saxlanılıb backend

Xüsusi təyinatlılar Krım sakinini dindarları təhqir etdiyinə görə saxlayıblar.

Qaziler.az bildirir ki, regional istintaq komitəsinin məlumatına görə, Krımın Razdolnenski rayonunun 35 yaşlı sakini Krımda dindarların hisslərini açıq şəkildə təhqir etməkdə şübhəli bilinərək saxlanılıb.

Krım vətəndaşına qarşı cinayət işi açılıb və həbs xüsusi təyinatlılar tərəfindən həyata keçirilib və videoya çəkilib.

Müəyyən edilib ki, Ruçi kənd sakini sosial şəbəkədəki səhifəsindən pravoslav dindarları təhqir edən, geniş internet istifadəçiləri üçün əlçatan olan şəkillər və şərhlər yerləşdirib”, - deyə idarənin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, şübhəlinin yaşadığı ünvanda axtarışlar aparılıb, yoxlama üçün informasiya daşıyıcıları götürülüb. Şöbədən əlavə ediblər ki, həmin şəxsin oxşar cinayətlərdə iştirakı yoxlanılır.

QAZİLER.AZ

 

Diaspora