Qəzza zolağından daha 47 Ukrayna vətəndaşı təxliyə edilib

Qəzza zolağından daha 47 Ukrayna vətəndaşı təxliyə edilib backend

Martın 12-də Qəzza zolağından daha 47 Ukrayna vətəndaşı təxliyə edilib.

Bu barədə RBC-Ukrayna Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Teleqramına istinadən məlumat yayıb.

Missiyanın Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndələri və Ukraynanın İsrail və Misirdəki səfirliklərinin diplomatik əməkdaşları tərəfindən həyata keçirildiyi bildirilir.

Təxliyə edilən vətəndaşlar əvvəlcə Misirdəki otelə yerləşdirilib. Martın 12-də ukraynalılar Hurqadadan hava yolu ilə Moldovaya gəlib, oradan quru yolu ilə Odessaya gediblər.

QAZİLER.AZ

Diaspora