ABŞ-ın Ukraynaya hərbi yardımına ATACMS raketləri də daxil olacaq - "Politico"

ABŞ-ın Ukraynaya hərbi yardımına ATACMS raketləri də daxil olacaq - "Politico" backend

ABŞ-ın elan edə biləcəyi Ukraynaya hərbi yardım paketinə ATACMS uzaqmənzilli raketlər daxil olacaq.

Qaziler.az bildirir ki, bu barədə “Politico” nəşri yazıb.

Nəşrin məlumatına görə, paketin dəyəri 300 milyon dollar təşkil edir.Onun maliyyələşdirilməsi Pentaqonun 4 milyard dollarlıq büdcəsindən gələcək ki, bu da silahların Ukraynaya ötürülməsinə icazə verir. Lakin gələcəkdə onların dəyişdirilməsinə zəmanət verilmir.

"Politico"ya görə, paketə ATACMS-dən əlavə, 155 mm-lik haubitsalar və GMLRS idarə olunan raketlər üçün əlavə mərmilər daxil olacaq.

Nəşrin mənbələri vurğulayır ki, bu paket hələlik müvəqqəti qərardır. "Bu əlavə yardım üçün alternativ yol deyil" deyə ABŞ Müdafiə Nazirliyinin rəsmisi "Politico"ya deyib.

QAZİLER.AZ

Diaspora