Netanyahu Rəfahda əməliyyatların anonsunu verib

Netanyahu Rəfahda əməliyyatların anonsunu verib backend

İsrail Qəzza zolağının cənubundakı Rəfahda HƏMAS-a qarşı hərbi əməliyyat keçirəcək.

Qaziler.azbildirir ki, bunu martın 12-də İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib.

“HƏMASı məhv edəcəyik, girovları qaytaracağıq və Qəzza zolağının heç vaxt İsrail üçün təhlükə yaratmayacağına əmin olacağıq. Biz Rəfahdə hərbi əməliyyatı başa çatdıracağıq”,- o, Amerika İsrail İctimai Əlaqələr Komitəsinin konfransında deyib.

Netanyahu qeyd edib ki, İsrail hakimiyyəti mülki əhaliyə təhlükəli əraziləri tərk etmək imkanı verəcək.

QAZİLER.AZ

Diaspora