Rusiya Latviya, Litva və Estoniyanın 347 vətəndaşına qarşı sanksiyalar tətbiq edib və ölkəyə girişinə qadağa qoyub.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya XİN-in saytında yazılıb.
Qeyd edilib ki, buna səbəb Baltikyanı dövlətlərin düşmənçilik siyasəti, o cümlədən rusdilli əhalinin təqib edilməsi, sovet abidələrinin kütləvi şəkildə sökülməsi kampaniyası, nasizmin tərənnümü və Kiyevə silah-sursat daşınması olub.
Hesabatda deyilir ki, son vaxtlar nazirlər, parlament üzvləri, ictimai xadimlər və jurnalistlər də daxil olmaqla, Rusiyanın “stop siyahısı”na Latviya, Litva və Estoniyadan 347 vətəndaş daxil edilib.
QAZİLER.AZ