Putinlə görüşdüyü üçün Qaqauz rəhbərini cəzalandırmaq istəyirlər

Putinlə görüşdüyü üçün Qaqauz rəhbərini cəzalandırmaq istəyirlər backend

Moldovanın tərkibində yerləşən Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul Rusiyaya səfəri ilə əlaqədar Moldova hökumətinin ona qarşı təxribatların olmasını istisna etməyib.

Qaziler.az xəbər verir ki, o, bu barədə “Rossiya 24” telekanalının efirində bildirib.

“İndi vəziyyət sakitdir. İlkin şərtlər var ki, hər an müxtəlif təxribatçı məqamlar ola bilər”, - Qaqauz lideri deyib.

Qutsul bunun cinayət təqibi, mövcud hökumətin təzyiqi ola biləcəyini irəli sürüb. Qaqauz muxtariyyətinin başçısı şikayət edib ki, onun Rusiya prezidenti Vladimir Putinlə görüşü respublikanın hökumətyönlü mediasını və hökumət rəsmilərini həyəcanlandırıb.

QAZİLER.AZ

Diaspora