İsveç Baltik adalarını Rusiyadan müdafiə etməyə hazırlaşır

İsveç Baltik adalarını Rusiyadan müdafiə etməyə hazırlaşır backend

İsveç NATO-dakı tərəfdaşları ilə birlikdə Baltik dənizindəki Qotland adasını Rusiyadan müdafiə etməyə hazırlaşır.

Qaziler.az “Financial Times”a istinadla bildirir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson deyib.

Kristerssonun sözlərinə görə, Qotlandın müdafiəsini gücləndirmək NATO tərəfdaşları ilə müzakirələrin gündəmində əsas yer tutacaq. İsveçin baş naziri qeyd edib ki, ölkəsinin hazırda adada yalnız kiçik hərbi mövcudluğu var. O xatırladıb ki, digər Skandinaviya və Baltikyanı ölkələr tez-tez Qotlandı alyansın kritik zəifliyi kimi göstəriblər.

Kristersson etiraf etdi ki, resurslardan necə istifadə etmək və daha çox nəyə diqqət etmək baxımından kifayət qədər suallar var. Baş nazir bildirib ki, İsveç ordusunun Qotlandda mövcudluğu artırıla və sualtı qayıqlar yerləşdirilə bilər.

Qeyd edilib ki, Qotland İsveçin ən böyük adasıdır. Rusiya Baltik Donanmasının qərargahının yerləşdiyi Kalininqraddan təxminən 330 km məsafədə yerləşir.

QAZİLER.AZ

Diaspora