Ancelina Coli dizayn sahəsində ilk çıxışını "Oskar"da etdi - FOTO

Ancelina Coli dizayn sahəsində ilk çıxışını "Oskar"da etdi - FOTO backend

Hollivud aktrisası Ancelina Coli 96-cı “Oscar” mükafatlandırma mərasimində dizayner kimi debüt edib.

Qaziler.az xəbər verir ki, bu barədə “Vogue” jurnalı məlumat yayıb.

Aktrisanın ötən il təqdim etdiyi “Atelier Jolie” brendi yazıçı və rəssam Souleika Jaouad üçün paltar hazırlayıb. Məşhur əri Con Batiste ilə qırmızı xalıdan keçib.

2023-cü ilin may ayında Hollivud aktrisası “Atelier Jolie” adlı moda brendinin istifadəyə verildiyini elan edib. İstehsalda yalnız yüksək keyfiyyətli vintage parçalardan istifadə olunur. Həmin parçalar təmir edilə və ya təkrar emal edilə bilər.

QAZİLER.AZ

Diaspora