Niyə Polşanın daha çox Amerika əsgərinə ehtiyacı var?

Niyə Polşanın daha çox Amerika əsgərinə ehtiyacı var? backend

Polşa prezidenti Andjey Duda öz ərazisində Amerika qoşunlarının kontingentini artırmağa çağırıb. Çünki Varşava Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətindən sonra Rusiya ilə tək qalmaqdan qorxur.

Qaziler.az bildirir ki, bu fikirləri rusiyalı hərbi politoloq Aleksandr Perendjiyev “NEWS.ru” ilə söhbətində deyib. Onun sözlərinə görə, Vaşinqton daim Polşanı münaqişəyə doğru sövq edir.

Polşa Birləşmiş Ştatların təkcə Ukrayna münaqişəsinə deyil, Rusiyanın öz qüvvələri ilə üzləşməsinə də daha çox diqqət yetirməsini istəyir. Varşavanın Ukrayna Silahlı Qüvvələrinin son məğlubiyyətindən sonra Rusiyaya qarşı proksi müharibə aparacaq növbəti tərəfin polyakların olmasından qorxması əbəs deyil”, - politoloq deyib.

Perendjiyev izah edib ki, Polşa Xüsusi Hərbi Əməliyyatlarda iştirak edir və onun ordusu əsgərlərin əvəz edilməsində mühüm rol oynayır. O qeyd edib ki, polşalı əsgərlər mütəmadi olaraq döyüş meydanında ölür və yaralanırlar.

QAZİLER.AZ

Diaspora