Texas ştatında bu il ərzində 12-ci ölüm hökmü icra olunub

Texas ştatında bu il ərzində 12-ci ölüm hökmü icra olunub backend

Bu il ABŞ-ın Texas ştatında sayca 12-ci ölüm hökmü icra edilib. Ştat rəhbərliyi 2001-ci ildə polis əməkdaşının qətlə yetirilməsinə görə mühakimə olunan 33 yaşlı Liço Eskamilyanın edamına qərar verib.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, öldürücü inyeksiya müttəhimə yerli vaxtla oktyabrın 14-də saat 18:30-da Hantsvill şəhərindəki həbsxanada vurulub.

2001-ci ilin noyabrında Eskamilya gecə klubu yaxınlığında dava salmış və dalaşanları ayırmağa çalışan polislərə odlu silahdan atəş açmışdı. Nəticədə qanun keşikçilərindən biri həyatını itirmiş, digəri isə ağır yaralanmışdı.

Bir neçə gün əvvəl Texasın əfv komissiyası təkrar istintaq və hökmə yenidən baxılması barədə ərizəni rədd edib. Məhkumun vəkilləri hadisə zamanı polislərin mülki geyimdə olmasını əsas gətirərək cəzanın yüngülləşdirilməsinə çalışsalar da, buna nail ola bilməyiblər.
Diaspora