Qırğızıstanda keçirilən parlament seçkilərinin rəsmi nəticələri elan edilib

Qırğızıstanda keçirilən parlament seçkilərinin rəsmi nəticələri elan edilib backend

Oktyabrın 4-də Qırğızıstan parlamenti - Joqorku Keneşə keçirilən seçkilərinin rəsmi nəticələri elan olunub.

Qırğızıstan Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasının (SRMK) sədri Tuyqunaalı Abdraimov bu gün keçirilən mətbuat konfransında bildirib ki, seçkilərdə 1 milyon 630 min 122 adam iştirak edib. Bu da seçicilərin 59 faizi deməkdir. O deyib ki, seçkilərdə 14 partiya iştirak edib, 120 deputat mandatı uğrunda 2500 namizəd mübarizə aparıb.

Qeyd olunub ki, 6 partiya yeddi faizlik həddi keçərək parlamentdə yer əldə edib.

Qırğızıstan Sosial-Demokrat Partiyası 27,56 faiz səs toplayaraq 38 mandata sahib olub. “Respublika – Ata Jurt” partiyası 20,26, (28 mandat) “Qırğızıstan” – 13,07, (18 mandat) “Onuquu-Proqres” – 9,39, (13 mandat) “Bir Bol” – 8,59, (12 mandat) “Ata Meken” – 7,8 faiz (11 mandat) səs qazanıb.

Xatırladırıq ki, seçkilərdə TürkPA-nın xətti ilə Azərbaycan Milli Məclisinin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, MDB PA-nın xətti ilə deputatlar Aydın Cəfərov, Rüfət Quliyev, İqbal Məmmədov, MDB İcraiyyə Komitəsinin xətti ilə deputat Sədaqət Vəliyeva və Azərbaycan Mərkəzi Seçki Komissiyasının əməkdaşları səsvermə prosesini izləyiblər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov da seçkiləri izləyən müşahidəçilər arasında olub.
Diaspora