Ukrayna Xarici İşlər Nazirliyi Vatikanın ölkədəki nümayəndəsi Visvaldas Kulbokası Roma Papası Fransiskin sülh danışıqlarına başlamaq çağırışına görə çağırıb.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.
“Martın 11-də Roma Papası Fransiskin bu yaxınlarda mətbuatda dərc olunmuş bəyanatlarına görə Ukraynadakı apostol nunsisi (pontifiksin daimi diplomatik nümayəndəsi) Visvaldas Kulbokas Ukrayna Xarici İşlər Nazirliyinə dəvət olunub”, - nəşr yazır.
Görüş zamanı səfirə Kiyevin Roma Katolik Kilsəsinin rəhbərinin bəyanatları ilə bağlı məyus olması barədə məlumat verilib.
Qeyd edək ki, martın 9-da pontifik müsahibəsi zamanı uduzan tərəf cəsarət göstərməli və “ağ bayraq” qaldırmalıdır deyib.
QAZİLER.AZ