ABŞ arsenalındakı nüvə silahlarının modernləşdirilməsi üçün Amerika prezidenti Co Bayden Konqresdən təqribən 20 milyard dollar istəyib.
Qaziler.az bu barədə “Gazeta.ru”ya istinadla xəbər verir.
Hazırkı varianta əsasən, Vaşinqton bu məhsulun Rusiyadan idxalından asılılığı aradan qaldırmaq üçün aşağı zənginləşdirilmiş uranın alınmasına da 2,2 milyard dollar xərcləməyi planlaşdırır.
Sənəddə deyilir ki, “Milli Müdafiə Strategiyasını həyata keçirmək, nüvə ehtiyatlarını modernləşdirmək və Amerika xalqının təhlükəsizliyini təmin etmək üçün” 19,8 milyard dollar tələb olunacaq.
Bu məbləğ 2021-ci il maliyyə səviyyələri ilə müqayisədə 4,5 milyard dollar çox deməkdir.
QAZİLER.AZ