Rusiyanın və Qazaxıstanın Xəzərdə neft hasilatına dair böyük planları var

Rusiyanın və Qazaxıstanın Xəzərdə neft hasilatına dair böyük planları var backend

Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev RF və Qazaxıstan arasında Xəzər dənizinin şimal hissəsinin dibinin bölüşdürülməsi haqqında sazişə dair protokolda dəyişikliklərin edilməsi haqqında protokol imzalayıblar.


AZƏRTAC xəbər verir ki, ölkələr birgə neft hasilatına başlamağı planlaşdırırlar.

V.Putin Astanada Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə danışıqların yekunları ilə bağlı deyib: “Bizim Xəzər dənizində birgə neft hasilatı üzrə böyük planlarımız var”.

RF Prezidenti xatırlayıb ki, Qazaxıstan nefti Rusiya ərazisindən xarici bazarlara çıxır. O əlavə edib ki, Xəzərin şimal hissəsinin bölünməsi üzrə müqavilə bağlanılıb, bu isə şirkətlərə iri karbohidrogen yataqlarını mənimsəməyə başlamağa imkan yaradacaq.

Rusiya və Qazaxıstan prezidentləri RF və Qazaxıstan arasında yeraltı sərvətlərin istifadəsi üzrə suveren hüquqların həyata keçirilməsi üçün Xəzərin şimal hissəsinin dibinin bölüşdürülməsi haqqında 1998-ci 6 iyul tarixli sazişə dair protokolda dəyişikliklərin edilməsi haqqında protokol imzalayıblar.

Daha əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, sənəd “Sentralnaya” neft strukturunun birgə işlənməsini tənzimləyir.
Diaspora