NATO-nun baş katibi Yens Stoltenberq Roma Papası Fransiskin Ukraynanın “ağ bayraq cəsarətini” nümayiş etdirməli və hərbi əməliyyatlara son qoymaq üçün danışıqlara başlamalı olduğu barədə bəyanatı ilə razılaşmadığını bildirib və tənqid edib.
Qaziler.az bildirir ki, bu barədə “Reuters” xəbər yayıb.
“Əgər biz danışıqlar yolu ilə uzunmüddətli sülhə nail olmaq istəyiriksə, buna nail olmağın yolu Ukraynaya hərbi dəstək verməkdir”, - Stoltenberq bildirib.
Fikirlərini izah edən NATO-nun baş katibi “danışıqlar masası arxasında baş verənlərin döyüş meydanındakı güclə ayrılmaz şəkildə əlaqəli olduğunu” və “indi ukraynalıların təslim olması barədə danışmağın vaxtı olmadığını” açıqlayıb.
Qeyd edək ki, martın 9-da Roma Papası Fransisk Kiyev və Moskvanı danışıqlara başlamağa çağırıb, həmçinin uduzan tərəfin cəsarət toplayıb “ağ bayraq” qaldırmasının vacibliyinə diqqət çəkib.
QAZİLER.AZ