Makron Rusiyaya görə Kiyevə səfərini ləğv etdi

Makron Rusiyaya görə Kiyevə səfərini ləğv etdi backend

Fransa prezidenti Emmanuel Makron Rusiya Federasiyası ilə bağlı siyasətində müttəfiqləri ilə mövcud fikir ayrılıqlarına görə Ukraynaya planlaşdırılan səfərini təxirə salıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

“Politico” yazır ki, Fransa prezidenti Rusiya Federasiyasına münasibətdə daha gərgin siyasəti ilə bağlı müttəfiqləri ilə yaranmış gərginlik səbəbindən Ukraynaya çoxdan planlaşdırılan səfərini ləğv etmək məcburiyyətində qalıb.

Nəşr qeyd edir ki, Makron indi “əhəmiyyətli nəticələrlə” Ukraynaya səfər etmək üçün müttəfiqlərlə danışıqlara “lazımi vaxt ayırmağı” planlaşdırır.

QAZİLER.AZ

Diaspora