Argentina prezidenti məmurların maaşlarını artıran nazir müavinini işdən çıxardı

Argentina prezidenti məmurların maaşlarını artıran nazir müavinini  işdən çıxardı backend

Argentina prezidenti Xavyer Miley ölkənin əmək nazirinin müavini Ömər Yasini dövlət başçısının və yüksək vəzifəli məmurların maaşlarını artırmaqda günahlandıraraq vəzifəsindən azad edib.

Qaziler.az bildirir ki, bu barədə ölkə başçısı qərarı barədə “LN+” telekanalına müsahibəsi zamanı danışıb.

Jurnalistlər aydınlaşdırıblar ki, dövlət sektorunda maaşların artırılması ilə razılaşan Yasin olub. Bu da respublika rəhbərliyinin xərclərinin artmasına səbəb olub.

"Mən nazirin müavinini işdən çıxardım və hazırda ona etdiyi səhv barədə məlumat verilir", - Miley deyib.

O əlavə edib ki, ölkə hakimiyyəti Argentinanın siyasi rəhbərliyinin maaşlarını artırmamaq barədə göstəriş verib..

QAZİLER.AZ

Diaspora