İsveç öz ordusunu Baltikyanı ölkələrə göndərəcək

İsveç öz ordusunu Baltikyanı ölkələrə göndərəcək backend

İsveç hərbi kontingentinin Baltikyanı ölkələrə göndərilməsi istisna edilmir və bu, çox düzgün addım olardı.

Qaziler.az “Politico”ya istinadla xəbər verir ki, bu fikri İsveçin baş naziri Ulf Kristersson deyib.

“NATO-nun Brüsseldəki mənzil-qərargahında İsveç bayrağının qaldırılması mərasimindən sonra danışan Kristersson müttəfiq kimi Baltikyanı dövlətlərə tam dəstək vəd etdi. Onun sözlərinə görə, Kreml tərəfindən daim təhdid altında olan Baltikyanı bölgəyə qoşun yeritmək “çox təbii” potensial variantdır”, - nəşrin qeydində yazılıb. 

Baş nazirin sözlərinə görə, İsveç Baltikyanı ölkələrin hava məkanında patrulluq edə və digər hərbi tapşırıqları yerinə yetirə bilər.

Qeyd edək ki, martın 11-də NATO-nun Brüsseldəki mənzil-qərargahında rəsmi olaraq İsveç bayrağı qaldırılıb. İsveç 200 illik hərbi birləşmək ənənəsini pozaraq, blokun 32-ci üzvü olub.

QAZİLƏR.AZ

Diaspora