“İnsanların fikirlərini necə ifadə etmələrinə nəzarət etməyə ehtiyac yoxdur”.
Qaziler.az bildirir ki, bu fikirləri teleqramın yaradıcısı Pavel Durov “Financial Times”a müsahibəsində deyib. Onun sözlərinə görə, əsas odur ki, qırmızı xətləri keçməsinlər.
“Mən ideyaların rəqabətinə inanıram. Hesab edirəm ki, istənilən ideya müzakirə olunmalıdır. Əks halda, biz tez bir zamanda avtoritarizmə doğru sürüşə bilərik”, - Durov bildirib.
Rusiyalı sahibkar açıqlayıb ki, “Telegram” dünyanın müxtəlif ölkələrində mühüm seçkilərin keçiriləcəyi bu il moderasiya proseslərini təkmilləşdirməyi planlaşdırır. Bunun üçün messencer süni intellektdən istifadə edəcək.
QAZİLER.AZ