Putin Şoyqu ilə işləyən generalı vəzifəsindən uzaqlaşdırdı

Putin Şoyqu ilə işləyən generalı vəzifəsindən uzaqlaşdırdı backend

Rusiya prezidenti Vladimir Putin general-polkovnik Aleksey Kuzmenkovun Rusiya Qvardiyasının direktor müavini təyin edilməsi haqqında fərman imzalayıb.

Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, bu barədə Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədri Aleksandr Xinşteyn teleqram kanalında bildirib. Paylaşımda qeyd edilib ki, dövlət başçısı onu bu vəzifəyə Sergey Şoyqunun müdafiə nazirinin müavini təyin edilməsindən bir il keçməmiş qaytarıb.

“Prezidentin sərəncamı ilə müdafiə nazirinin müavini general-polkovnik Aleksey Kuzmenkov yenidən Rusiya Qvardiyasının direktor müavini təyin edilib. Bu postda o, arxa bloka və logistika məsələlərinə nəzarət etməyə davam edəcək”, - deyə deputat yazıb.

Xinşteyn deyib ki, Putinin Kuzminkovu Rusiya Qvardiyasına qaytarmaq qərarı ona verilən tapşırıqların uğurla yerinə yetirilməsi ilə izah olunur. Deputat vurğulayıb ki, generalın Rusiya Müdafiə Nazirliyinə təhvil verilməsi əvvəlcə müvəqqəti olaraq planlaşdırılıb.

Qeyd edək ki, qeneral-polkovnik Aleksey Kuzmenkov 2023-cü il aprelin 30-da müdafiə naziri Sergey Şoyqunun müavini vəzifəsinə təyin edilib. Hərbi şöbədə o, Rusiya Silahlı Qüvvələrinin maddi-texniki təminatının təşkilinə cavabdeh olub.

QAZİLER.AZ

Diaspora