Hərbi aerodromun yaxınlığında yaşayan əhaliyə təzminat ödəniləcək

Hərbi aerodromun yaxınlığında yaşayan əhaliyə təzminat ödəniləcək backend

Yaponiyanın Yamaquti prefekturasının dairə məhkəməsi İvakuni hərbi bazasının yerləşdiyi rayonların əhalisinə səs-küyə görə 558 milyon yen (4,69 milyon dollar) həcmində təzminat ödənilməsi qərarını verib.

AZƏRTAC xəbər verir ki, dairə məhkəməsinin bu qərarı Hərbi Hava Qüvvələrinin İvakuni bazası barəsində çıxarılan ilk məhkəmə qərarıdır. Hərbi obyektin yaxınlığında yaşayan rayonların sakinlərinin kollektiv iddiası hələ 2009-cu ildə irəli sürülmüşdü.

Məhkəmə, eyni zamanda, yerli sakinlərin hərbi aviasiyanın gecə uçuşlarının, həmçinin Kanaqava prefekturasında yerləşən Atsuqi hərbi bazasından İvakuni bazasına hərbi texnikanın, o cümlədən ABŞ-ın “MV-22 Osprey” konvertoplanlarının gətirilməsinin qadağan olunması barədə tələblərini təmin etməyib.

Xatırladaq ki, Yaponiyada yerli sakinlərin iddiası üzrə hərbi təyyarələrin gecə uçuşlarına qadağa qoyulması barədə məhkəmə qərarı ilk dəfə 2014-cü ilin may ayında Yokoqama şəhərində qəbul edilmiş və 2015-ci ilin iyulunda Tokionun Ali Məhkəməsi tərəfindən təsdiq olunmuşdu.
Diaspora