Ukrayna indi NATO üzvlüyünə əvvəlkindən daha yaxındır - Stoltenberq

Ukrayna indi NATO üzvlüyünə əvvəlkindən daha yaxındır -  Stoltenberq backend

Ukrayna indi NATO üzvlüyünə əvvəlkindən daha yaxındır. Bu isə Kreml rəhbəri Vladimir Putinin ölkəni işğal etməklə hansı strateji səhvə yol verdiyini göstərir.

Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, bu fikri NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"Ukrayna NATO-nun müttəfiqinə çevriləcək. Məsələ "əgər" deyil, "nə vaxt" olacaq", - o deyib.

NATO baş katibinin sözlərinə görə, Ukrayna indi əvvəlkindən daha çox üzvlüyə yaxınlaşıb və bu, həm də Rusiya prezidenti Vladimir Putinin Ukraynanı işğal edərkən buraxdığı böyük strateji səhvi nümayiş etdirir.

QAZİLER.AZ